"Saat 12:00-da sükut olacaq, bütün avtomobillər yollarda 1 dəqiqəlik dayanacaq" - Vaqif Əsədov

10:34 20.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

Hafta.az-ın məlumatına görə, DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər xiyabanı istiqamətində  avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:  "Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq".